Qidalanma
Qoz-fındıq yuxunu yaxşılaşdırır? -
Qidalanma
636

Qoz-fındıq yuxunu yaxşılaşdırır? - Fayda və zərərləri

Endokrinoloq və Avropa Tibb Mərkəzinin (EMM) profilaktik və qocalma əleyhinə tibb üzrə mütəxəssisi Yelena Ostrovskaya qoz-fındıqların fayda və zərərlərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, müvafiq materialı “İzvestiya” nəşr edir.

Həkimin sözlərinə görə, adı çəkilən meyvələr yağlarla, liflə, həmçinin mis, manqan, bir qədər kalsium və maqneziumla zəngindir: "Bundan əlavə, qoz-fındıqların tərkibində damar spazmlarını aradan qaldıran, əzələlərdə və ürəkdə qan dövranını yaxşılaşdıran, serotonin və melatonin istehsalında iştirak edən, əhval-ruhiyyəni və yuxunu yaxşılaşdıran amin turşuları var", - deyə ekspert əlavə edib.

Bundan əlavə, Ostrovskaya qeyd edib ki, sözügedən məhsula B vitamini daxildir:

“Yadda saxlamaq lazım olan əsas odur ki, qoz-fındıq ağır qidadır. Böyük miqdarda yedikdə həzmi poza bilər.

Qıcıqlanmış bağırsaq sindromu, qastrit, pankreatit və digər mədə-bağırsaq xəstəlikləri olan insanlar qoz-fındıqları ehtiyatla qəbul etməlidirlər.

Həmçinin qoz-fındıq güclü allergik reaksiyalara səbəb ola bilər”, - deyə həkim qozun təhlükələrini sadalayıb.

Sonda endokrinoloq vurğuladı ki, qoz-fındıq düzgün istehlak edildikdə faydalı ola bilər: “Gündə təhlükəsiz qoz-fındıq miqdarı təxminən 30 qramdır. Ancaq pəhrizdə başqa zülal mənbələri azdırsa, qoz-fındıqların miqdarı bir qədər artırıla bilər”.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun