Xəstəliklər
Qulaqdibi xəstəliyi (svinka) nədir?
Xəstəliklər
49

Qulaqdibi xəstəliyi (svinka) nədir?

Qulaqdibi xəstəliyi, və ya parotid - viruslar vasitəsi ilə yayılan kəskin infeksiyalı xəstəlikdir. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir.

E-saglam.az xəbər verir ki, adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.

İlkin əlamətləri:

- Halsızlıq və hərarət;

- Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində

ağrı;

- Qulaq ətrafı nahiyədə şişlik.

İlk yardım:

- Yaranan şişin üzərinə isti kompres qoyulmalı;

- Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı;

- Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı;

- Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb

olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət

etmək vacibdir./milli.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun