Qidalanma
Ramazan ayında necə qidalanmalıyıq?
Qidalanma
329

Ramazan ayında necə qidalanmalıyıq? - Qida mühəndisi açıqladı

Ramazan ayında necə qidalanmalıyıq?

Bu barədə E-saglam.az-a qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib. Onun sözlərinə görə, Ramazan ayında oruc tutarkən diqqət edilməli bir sıra nüanslar var. 

- Oruc tutarkən balanslı və qədərində qidalamağa çalışın.
- Bir dəfəyə böyük porsiyalar əvəzinə iftardan sonra ara ilə və kiçik porsiyalarla yeyin.
- Sürətlə yox, yavaş-yavaş və yaxşıca çeynəyərək yeyin.
- İmsaq yeməyini mütləq qəbul edin.
- Susuzluq hiss etməsəniz də iftar və imsaq arasında tez-tez su için.
- Kofein tərkibli içkilərin miqdarını minimuma endirin.
- Qazlı və şəkərli içkilərdən uzaq durun.
- Mümkün olduqca iftarda və imsaqda badam, qoz və s. çərəzləri qida rasionuna daxil edin.
- İmsaqda lifli və toxluq hissi yaradan qidalara üstünlük verin.
- Yağlı, ağır, duzlu və ədviyyatlı yeməklərdən uzaq durun.
- Qovrulmuş, qızardılmış yeməklərin əvəzinə sobada, buxarda bişirilmiş, qaynadılmış yeməklərə üstünlük verin.
- İftardan dərhal sonra şirniyyat yeməyin.
- İftardan 1-2 saat sonra piyada gəzin, fiziki aktivliyinizi qoruyun.
- Yuxu rejiminə riayət etməyə çalışın.

Allah tutduğunuz orucu qəbul etsin!

Sağlam qidalanaraq sağlam yaşayın!

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun