Xəstəliklər
"Reanimasiya dayanmadan dolur, nəticə almaq mümkün deyil" - Həkimdən HƏYƏCAN TƏBİLİ
Xəstəliklər
203

"Reanimasiya dayanmadan dolur, nəticə almaq mümkün deyil" - Həkimdən HƏYƏCAN TƏBİLİ

Reanimasiya dayanmadan dolur. Xəstələr əsasən 28-70 yaş aralığındadır. Ağciyərlərin zədələnmə sahəsi isə 60-90% təşkil edir.

E-saglam.az xəbər verir ki, bu barədə məlumatı koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim Kəmalə Namazova məlumat verib.

O, bildirib ki, süni ventilyasiya aparatı, dərman, oksigen, tibb personalı, təminat kifayət qədərdir. Lakin xəstələr gözündə qorxu, dodağı göyərmiş, tər içində, su axtaran balıq kimi ağızlarını yumub-açıb çarəsiz hava, imdad diləyir:

"Hərarəti salmaq olmur. İntubasiya edəndə belə SpO2 qalxmır. Qan-tərin içində işləyirsən, nəticə almaq mümkün deyil. Həkimlərin gücü tükənir. Yorğunluq, əsəb, stres qocaldır sanki bizi"./aztibb.az

 

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun