Tibbi xəbərlər
Restoran, ticarət mərkəzi və mehmanxalara giriş üçün pasport tələb ediləcək
Tibbi xəbərlər
153

Restoran, ticarət mərkəzi və mehmanxalara giriş üçün pasport tələb ediləcək

Sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək.

E-saglam.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilib.

Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun