Tibbi xəbərlər
Rusiyada COVID-19-dan maksimum ölüm qeydə alınıb
Tibbi xəbərlər
138

Rusiyada COVID-19-dan maksimum ölüm qeydə alınıb

Rusiyada son sutkada COVID-19-dan maksimum - daha 1178 ölüm halı qeydə alınıb. Bununla da, Rusiyada koronavirus səbəbindən ümumi ölüm sayı 240 871 nəfərə yüksəlib.

E-saglam.az-ın məlumatına görə, “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla yanaşı, ölkədə gün ərzində koronavirusa yoluxanların sayı daha 39 008 nəfər artaraq, 8 593 200 nəfərə yüksəlib. Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 30 905 nəfər sağalıb və bu baxımdan ümumi say 7 412 631 nəfərə çatıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun