Xəbərlər
Rusiyaya işləməyə gedən azərbaycanlı güllələnərək qətlə yetirilib
Xəbərlər
376

Rusiyaya işləməyə gedən azərbaycanlı güllələnərək qətlə yetirilib

Rusiyanın Leninqrad vilayətinin Novosaratovka kəndində iki şəxs arasında baş verən mübahisə qətllə nəticələnib.

E-saglam.az Rusiya KİV-ə istinadən xəbər verir ki, silahdan açılan atəş nəticəsində həyatını itirən şəxs azərbaycanlıdır.

Qeyd olunur ki, Azərbaycan Respublikasının 43 yaşlı vətəndaşı Rusiyada miqrasiya qeydiyyatında olub.

Həkimlər həyatını itirən şəxsə sol bud nahiyəsində güllə yarası, kəskin qan itkisi və 3-cü dərəcəli şok diaqnozu qoyublar.

Hələlik öldürülən şəxsin adı açıqlanmır. Hadisə ilə bağlı cinayət işi başladılıb.(Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun