Mütəxəssislər hər səhər acqarına bir stəkan limonlu su içməyi tövsiyə edir.
E-saglam.az xəbər verir ki, bu sadə vərdiş bədəni təmizləyir, immuniteti gücləndirir və günə enerjili başlamağa kömək edir. C vitamini ilə zəngin olan limon orqanizmi virus və infeksiyalardan qoruyur, eyni zamanda maddələr mübadiləsini sürətləndirir.
Acqarına qəbul edildikdə təsiri daha güclü olur.
Mütəxəssislər qeyd edir ki, limonlu su həzmi asanlaşdırır, toksinlərin atılmasını sürətləndirir və bağırsaq florasını tarazlaşdırır. Bu səbəbdən səhərlər acqarına içilməsi daha faydalıdır.
Susuzluğu aradan qaldırır, baş ağrısını azaldır
Su içməkdə çətinlik çəkənlər üçün limonlu su təravətləndirici və cazibədar alternativdir. Baş ağrısı, halsızlıq və yorğunluq kimi susuzluq əlamətlərinin qarşısını almaqda da təsirlidir.
Böyrəkləri qoruyur, daş əmələ gəlməsinə mane olur
Limonun tərkibindəki təbii turşular böyrək daşlarının qarşısını almağa kömək edir və böyrəklərin daha səmərəli işləməsini təmin edir.
Necə hazırlanır?
Bir stəkan ilıq və ya soyuq suya yarım limonun suyunu sıxaraq içə bilərsiniz. İstəyə görə içkiyə nanə yarpağı və ya portağal dilimi əlavə etmək də mümkündür.
Həm təbii, həm kalorisiz
Limonlu su şəkərli içkilərə sağlam alternativdir. Kalori qəbulunu azaldır və çəkiyə nəzarətdə dəstək verir.
Sadə görünən bu vərdiş səhərlər daha enerjili oyanmağınıza və günə sağlam başlamağınıza kömək edə bilər.
Tərcümə: Könül Oruc