Qidalanma
Səhərlər yeyilməli 5 super qida:
Qidalanma
446

Səhərlər yeyilməli 5 super qida: dərman kimidir

Səhərlər acqarına yediyimiz qidalar gün ərzində enerji səviyyəmizdən tutmuş, həzm sistemimizin işləməsinə, hormon balansımıza və ümumi əhvalımıza qədər bir çox sahəyə təsir göstərir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, səhər yüngül, lakin funksional və qidalandırıcı seçimlərə üstünlük vermək vacibdir. Bu baxımdan bəzi super qidalar xüsusilə faydalı hesab olunur.

Çia toxumları səhərlər acqarına qəbul edildikdə bədəni toksinlərdən təmizləyir, həzmi tənzimləyir və qan şəkərini tarazlaşdırır. Gecədən suda isladılaraq gel halına salındıqda orqanizmə daha asan mənimsənilir.

Hindistan qozu (kokos) yağı və ya çiy kokos parçaları isə maddələr mübadiləsini sürətləndirir, enerji verir və gün ərzində şəkər istəyini azalda bilər.

Badam isladıldıqda tərkibindəki faydalı maddələrin sorulması asanlaşır, boş mədəyə qəbul edildikdə zehni aydınlıq yaradır və dəri sağlamlığını dəstəkləyir.

Qara kişmiş də isladıldıqda səhərlər orqanizmə dəmir, antioksidant və təbii şəkər verir, xüsusilə qadınlarda menstruasiya pozuntularına qarşı faydalı təsir göstərir.

Quru gavalı isə bağırsaq fəaliyyətini yaxşılaşdırır, şişkinliyin qarşısını alır və sümük sağlamlığını qoruyur.

Diyetoloqlar vurğulayırlar ki, səhər yeməyi yalnız qarnı doyurmaq üçün deyil, bədəni oyatmaq və balanslı şəkildə günə başlamaq üçün fürsətdir. Bu səbəbdən səhərlər yüngül, lakin funksional və müalicəvi dəyəri olan qidalarla başlamaq sağlamlıq baxımından daha doğrudur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun