Xəstəliklər
Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”
Xəstəliklər
231

Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”

“COVID peyvəndlərinin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur”.

E-saglam.az -ın xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazirin fikrincə, gözlənti elədir ki, kollektiv immunitet nəticəsində ola bilər pandemiyanın sona çatdığı elan olunsun: “Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”./Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun