Tibbi xəbərlər
“Semaşko” xəstəxanası bağlandı: Yalnız koronavirus xəstələrini qəbul edəcək
Tibbi xəbərlər
212

“Semaşko” xəstəxanası bağlandı: Yalnız koronavirus xəstələrini qəbul edəcək

1 saylı Kliniki Tibbi Mərkəz (KTM) yalnız koronavirus xəstələrini qəbul edəcək.

E-saglam.az-ın məlumata görə, “Semaşko” kimi tanınan mərkəz fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək.

Artıq mərkəzə xəstə qəbulu dayandırılıb. Yalnız COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdiriləcək. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza məlumatı təsdiq ediblər. 

Bu barədə ilk məlumatı Qaynarinfo saytı yayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun