Tibbi xəbərlər
"Sinovac" şirkəti 6 aylıq uşaqlarda COVID-19-a qarşı peyvəndi sınayacaq
Tibbi xəbərlər
236

"Sinovac" şirkəti 6 aylıq uşaqlarda COVID-19-a qarşı peyvəndi sınayacaq

Çinin "Sinovac" əczaçılıq şirkəti koronavirusa qarşı peyvəndin təsirini 6 aydan 17 yaşa qədər olan uşaq və yeniyetmələrdə sınayacaq.

E-saglam.az xəbər verir ki, bu barədə "Global Times" qəzeti xəbər verib.

Məlumata əsasən, bu yaşda olan uşaqlarda peyvəndin 3-cü mərhələsinin ilk klinik sınağı olacaq. Sinovac və Cənubi Afrika tərəfdaşı "Numolux Group" Cənubi Afrikada araşdırmalar aparacaqlar.

Bildirilib ki, onların birgə bəyanatlarına görə, altı aydan 17 yaşa qədər olan uşaq və yeniyetmələri əhatə edən sınaqların məqsədi "Sinovac" peyvəndlərinin koronavirus infeksiyasına və ağır COVID-19 hallarına qarşı təhlükəsizliyinin, immunogenliyinin və effektivliyinin qiymətləndirilməsidir.

Mənbə: Trend

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun