Faydalı
Soyuqdəymənin dərmanı olan quşüzümünün daha bir əvəzolunmaz xüsusiyyəti aşkarlandı -
Faydalı
429

Soyuqdəymənin dərmanı olan quşüzümünün daha bir əvəzolunmaz xüsusiyyəti aşkarlandı - FOTO

Soyuqdəymənin dərmanı olan quşüzümünün daha bir əvəzolunmaz xüsusiyyəti aşkarlandı

E-saglam.az xəbər verir ki, quşüzümü (mərcanı) digər faydalı xüsusiyyətləri ilə yanaşı ömrü də uzadır.

Bu barədə Pensilvaniya Tibb Kolleci və Xərçəng İnstitutundan bir qrup alim tərəfindən aparılan tədqiqatlardan sonra məlum olub.

15 il ərzində aparılan genişmiqyaslı araşdırma zamanı elm adamları 37 mindən çox insanın məlumatlarını təhlil ediblər.

Tədqiqatlar zamanı bu meyvənin immun sistemini gücləndirərək soyuqdəymədən qorumaqla yanaşı, ölüm riskini azaltdığı öyrənilib. Məlumata görə, quşüzümünün gündəlik istehlakı ölüm riskini 31% azaldır.

Qeyd edək ki, quşüzümü - kalium, fosfor, kalsium, dəmir, manqan, molibden, mis və s. faydalı maddələrin “anbarıdır”. Bundan başqa onun tərkibində ürək-damar sistemi üçün xoleretik, bakterisid, antispazmodik və qoruyucu təsir göstərən, qan damarlarının kövrəkliyini azaldan flavonoidlər var, həmçinin iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Mənbə: KP.ru

///Oxu.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun