Xəbərlər
Süni intellekt terrorçulara bioloji silah yaratmağa kömək edə bilər
Xəbərlər
237

Süni intellekt terrorçulara bioloji silah yaratmağa kömək edə bilər

Süni intellektə malik çatbotlar istifadəçilərinə bioloji silahlar yaratmağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, təhlükəni neyron şəbəkələrdən birini sınaqdan keçirən biokimyaçı Rokko Kasaqrande müşahidə edib.

Alimin sözlərinə görə, istifadə etdiyi bot raketlərdə təhlükəli patogenlərdən istifadə etməyi təklif edib. Kasaqrande artıq Ağ Evə neyron şəbəkələrdən istifadə edən terrorçuların təhlükələri barədə xəbərdarlıq edib.

Massaçusets Texnologiya İnstitutunun bioloqu və dosenti Kevin Esvelt öz növbəsində insanların neyron şəbəkələrdən "ən iyrənc şeylər" yaratmaq üçün istifadə edə biləcəyini söyləyib. Onun sözlərinə görə, söhbət hazırda mövcud olmayan viruslar və toksinlərdən gedir. (oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun