Sağlamlıq
Təbiətin aspirini: Həftədə 2 porsiya yemək
Sağlamlıq
519

Təbiətin aspirini: Həftədə 2 porsiya yemək ürək və beyin sağlamlığını qoruyur

Qidalanma mütəxəssisi Makenzi Bercess bildirir ki, müntəzəm sardalya balığı istehlakı ümumi sağlamlıq üçün çox faydalıdır. 106 qramlıq konserv sardalya gündəlik D vitamini ehtiyacının 22%-ni qarşılayır.

E-saglam.az xəbər verir ki, diyetoloq Eşli Koff isə sardalyanın tərkibindəki aşağı civə miqdarına görə daha təhlükəsiz seçim olduğunu, EPA və DHA kimi omega-3 yağ turşuları ilə zəngin olduğunu bildirir. Bu yağlar ürəyi qoruyur, iltihabı azaldır, beyin funksiyalarını dəstəkləyir və Alzheymer riskini azalda bilər.

Araşdırmalara görə, həftədə 1-2 porsiya sardalya yemək ürək xəstəlikləri riskini 30%-dən çox azaldır. Sardalya həmçinin GLA adlı omega-6 yağ turşusu ilə saç, dəri və hormon sağlamlığını da dəstəkləyir.

Tərkibindəki dəniz kollageni, B12 vitamini və kalsium sayəsində o, həm də sümüklər və beyinin funksiyaları üçün faydalıdır. Uzmanlar bu faydalı maddələri “təbiətin aspirini” adlandırır və iltihab, ağrı şikayəti olanlara tövsiyə edir.

Sardalya büdcəyə uyğun bir “super qida” hesab olunur. Konserv şəklində, su, yağ və ya pomidor sousunda satılır. Açıldıqdan sonra suda və ya yağda olanlar bir gün ərzində, pomidor sousunda olanlar isə bir həftəyə qədər saxlanıla bilər.

Diqqət: Konserv sardalyaların yüksək duz tərkibi qan təzyiqini artıra bilər. Ona görə də istifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun