Qidalanma
Tovuzda 16 yaşlı qız alkoqoldan zəhərlənib
Qidalanma
723

Tovuzda 16 yaşlı qız alkoqoldan zəhərlənib

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

E-saglam.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb. Faktla bağlı araşdırma aparılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun