Xəbərlər
Tramp mitinq zamanı güllələndi -
Xəbərlər
393

Tramp mitinq zamanı güllələndi - VİDEO

ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının bu ilki prezident seçkilərində real namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsd zamanı bir nəfər ölüb.

E-saglam.az xəbər verir ki, hadisə eks-prezidentin Pensilvaniyada keçirilən çıxışı zamanı baş verib. Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.

Sabiq prezidentin sözçüsü Stiven Çun Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Sui-qəsd zamanı mitinq iştirakçılarından bir nəfər həlak olduğu deyilir.

“The Washington Post” nəşrinin məlumatına görə, ona atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

ABŞ-nin hazırki prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampla telefon danışığı aparıb. Lakin iki siyasətçinin telefon danışığının təfərrüatları barədə məlumat verilmir.

Hadisənin görüntülərini təqdim edirik:

 





Qafqazinfo.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun