Xəstəliklər
Üçüncü doza kimlərə və nə zaman vurulmalıdır? - Həkim açıqladı
Xəstəliklər
140

Üçüncü doza kimlərə və nə zaman vurulmalıdır? - Həkim açıqladı

Azərbaycanda koronavirusa qarşı üçüncü doza vaksinin kimlərə və nə zaman vurulması ilə bağlı məsələyə aydınlıq gətirilib.

E-saglam.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə açıqlamasında üçüncü doza vaksinin 6 aydan sonra vurulmalı olduğunu deyib.

“İki doza vaksin vurulmuş insanlarda 6 aylıq müddət bitdikdən sonra yenidən vaksinasiyaya ehtiyac var. Bu dəfə yenidən iki doza deyil, bir doza vaksinin vurulması bütün dünyada yetərli hesab edilir”, - deputat qeyd edib.

R.Mahmudovun fikrincə, Operativ Qərargah yanında müvafiq qurumlar yaxın gələcəkdə bütün bunlara aydınlıq gətirəcək.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun