Xəstəliklər
Üçüncü doza vaksin vurulması vacibdir - Pfizer
Xəstəliklər
52

Üçüncü doza vaksin vurulması vacibdir - Pfizer

“Pfizer” COVID peyvəndinin üçüncü dozasının vacibliyini bəyan edib

Dünyanın koronavirusa qarşı aparıcı peyvənd istehsalçılarından biri olan “Pfizer” şirkəti vaksinin üçüncü dozasının vacibliyi barədə ABŞ hökumətinə xəbərdarlıq etməyə hazırlaşır.

E-saglam.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat verib.

Məlumata görə, şirkətin ekspertləri peyvəndin üçüncü dozasının COVID-ə qarşı daha dayanıqlı immuniteti təmin etmək üçün lazım olduğunu bəyan edirlər.

Şirkət təmsilçilərinin sözlərinə görə, ikincidən altı ay sonra vurulması tövsiyyə olunan üçüncü doza sayəsində qandakı anticisimlər 5-10 dəfə artır ki, bu da virusun yeni ştamlarına qarşı orqanizmin dözümlülüyünü xeyli artırır./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun