Tibbi xəbərlər
Ukrayna payızadək COVID-19 peyvəndinin hazırlanmasının əsas mərhələsini başa çatdıracaq - EKSKLÜZİV
Tibbi xəbərlər
107

Ukrayna payızadək COVID-19 peyvəndinin hazırlanmasının əsas mərhələsini başa çatdıracaq - EKSKLÜZİV

Ukrayna koronavirusa qarşı öz peyvəndini hazırlayır.

E-saglam.az-ın məlumatına görə, bunu “report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşko deyib.

“Bunu edəcəyik və hətta artıq başlamışıq. Artıq üç variant üzərində iş gedir. Təxminən sentyabra qədər bu işin əsas mərhələsini keçəcəyik. İstehsal etdiyimiz peyvənd yüksək effektivli olmalıdır”, - o deyib.

Onun sözlərinə görə, hazırda Lvov, Odessa və bir sıra digər şəhərlərdə bununla bağlı işlər davam edir.

V.Lyaşko peyvəndin təxminən gələn ilə qədər hazır olacağını qeyd edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun