Sağlamlıq
Ürək xəstəliyi riskini azaldan qidalanma:
Sağlamlıq
351

Ürək xəstəliyi riskini azaldan qidalanma: Harvard Universitetinin tədqiqatı

Ürək xəstəlikləri dünyada ən çox rast gəlinən sağlamlıq problemlərindəndir. Son araşdırmalar göstərir ki, ürək sağlamlığını qorumağın əsas yolu düzgün və keyfiyyətli qidalanmadan keçir.

E-saglam.az xəbər verir ki, Harvard Universitetində aparılan genişmiqyaslı bir tədqiqatda məlum olub ki, pəhrizdə yağ və karbohidratların miqdarından daha vacibi – qida seçimlərinin keyfiyyətidir. Tam taxıllar, tərəvəzlər, meyvələr, paxlalılar və qoz-fındıq kimi təbii və emal olunmamış məhsullar ürək sağlamlığı üçün olduqca faydalıdır.

NUTRITION 2025 konqresində təqdim edilən nəticələrə görə, bu cür qidalanma ürək xəstəlikləri riskini 15%-ə qədər azalda bilər. Əksinə, işlənmiş ət, şəkər və zərif un məhsulları ilə zəngin pəhriz ürək üçün təhlükə yaradır.

Mütəxəssislər tövsiyə edir:

- Emal olunmuş qidalardan uzaq durun

- Tam və təbii qidaları seçin

- Qida etiketlərini diqqətlə oxuyun

- Gizli şəkər mənbələrinə qarşı diqqətli olun

Unutmayın, düzgün qidalanma yalnız çəkini deyil, ürəyinizi də qoruyur!

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun