Faydalı
Ürəyi qüsursuz işlədir:
Faydalı
805

Ürəyi qüsursuz işlədir: Tikanı ilə birlikdə yeyilir

Çiyələk mövsümü may-iyun aylarında başlayır. Baharın gəlişi ilə təzə meyvə axtaran istehlakçılar üçün sağlam seçim təqdim edir.

E-saglam.az bildirir ki, bol C vitamini, antioksidant və lif ehtiva edən çiyələk immuniteti gücləndirir. Aşağı kalorili olması onu pəhriz dostu edir.

İmmuniteti gücləndirir: Yüksək C vitamini tərkibi infeksiyalara qarşı müqaviməti artırır.

Antioksidant təsiri: Hüceyrə yaşlanmasını yavaşladır, xərçəngdən qoruya bilər.

Ürək sağlamlığını dəstəkləyir: Çiyələkdən müntəzəm istifadə ürək xəstəlikləri riskini azalda bilər. Tərkibindəki yüksək kalium və aşağı natrium ürək sağlamlığı üçün faydalıdır.

Həzm sisteminə kömək edir: Bol lif qəbizliyi azaldır.

Dəri sağlamlığına faydalıdır: Sızanaq və ləkələrin qarşısını ala bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun