Faydalı
Ürəyin dostu AVOKADO:
Faydalı
289

Ürəyin dostu AVOKADO: Təzyiq və xolesterolu salır, iltihabı azaldır

Avokadonun ürək sağlamlığından göz sağlamlığına qədər faydaları saysız-hesabsızdır. Lakin mütəxəssislər avokadonun yüksək yağ tərkibi ilə bağlı xəbərdarlıq edir və gündə yarım avokado istehlak etməyi məsləhət görürlər.

E-saglam.az avokadonun faydalarını təqdim edir:

XOLESTEROLU AZALDIR:  Avokado doymamış yağ turşuları ilə zəngindir. Bu yağlar ürək sağlamlığını qoruyur və pis xolesterin səviyyəsini aşağı salmağa kömək edə bilər.

QAN TƏZYİQİNİ TƏNZİMLƏYİR: Tərkibində kalium, K vitamini, E vitamini, C vitamini və B vitamini kimi bir çox vitamin və mineral var. Xüsusilə kalium qan təzyiqini tənzimləməyə kömək edir.

PƏHRİZ ÜÇÜN ÖNƏMLİDİR: Həzm sağlamlığını dəstəkləyən və toxluq hissi verən pəhriz lifi ilə zəngindir. Bu, çəki nəzarətinə də kömək edə bilər.

GÖZ SAĞLIĞINI DƏSTƏKLƏYİR: Tərkibində göz sağlamlığı üçün vacib olan lutein və zeaksantin kimi antioksidanlar var. Bu maddələr yaşa bağlı makula degenerasiyası və katarakt riskini azalda bilər.

ÜRƏK DOSTU: Avokadonun tərkibindəki sağlam yağlar və kalium ürək sağlamlığını qorumağa kömək edir.

DƏRİNİ TƏZƏLƏYİR: Avokado yağı dərini nəmləndirir və saçların parlaq və güclü olmasına kömək edir. Tərkibindəki E vitamini sayəsində dəridə hüceyrə yenilənməsini dəstəkləyir.

QAN ŞƏKƏRİNİ TƏNZİMLƏYİR: Aşağı glisemik indeksə malik olduğu üçün qan şəkərini ani artımlardan qoruyaraq tarazlıqda saxlayır.

İLTİHABI AZALDIR: Tərkibindəki antioksidantlar və sağlam yağlar sayəsində bədəndəki iltihabı azaldır. Xroniki xəstəliklərin qarşısının alınmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun