Xəstəliklər
Uşaq olan evdə pişik saxlamaq olarmı? - Həkimdən açıqlama
Xəstəliklər
1318

Uşaq olan evdə pişik saxlamaq olarmı? - Həkimdən açıqlama

Pişikdən uşağa hansı xəstəliklər keçə bilər?

Uşaqlara küçə heyvanları ilə təmas qətiyyən məsləhət deyil.

Bu sözləri E-saglam.az-a açıqlamasında Həkim-pediatr Günay Rəsulova deyib.

Onun sözlərinə görə, bu heyvanlardan uşaqlara allergiya, xəstəlik, gənə və mikrob bulaşa bilər: ""Kedi tırmığı hastalığı" deyilən xəstəlik var. Bu xəstəlik pişik cırmaqlaması ilə keçən infeksiya nəticəsində törənir. Ona görə də, küçə heyvanı və bilinməyən heyvanlarla təmas olmamalıdır". 

Ev heyvanları ilə bağlı məsələyə münasibət bildirən G.Rəsulova deyib ki, allergik uşaqlar, xüsusilə də heyvan tükünə (it, pişik, yun) bilinən allergiyalı uşaqlar olan evdə ev heyvanları məsləhət görülmür: "Bilinən bir allergiyası olmayan uşaqlarda belə ev heyvanı ilə təmasdan sonra asqırmalar, burun qaşınmaları, burunda axıntı və s. narahatlıqlar başlayırsa heyvan evdən mütləq şəkildə uzaqlaşdırılmalıdır". 

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun