Faydalı
Uşaqlar üçün böyük təhlükə - Onun çatışmazlığı
Faydalı
575

Uşaqlar üçün böyük təhlükə - Onun çatışmazlığı həm IQ-ya, həm də immunitetə ​​təsir edir

Anemiya uşaqlarda ən çox rast gəlinən qan xəstəliklərindən biridir. Anemiyanın ən çox görülən səbəbinin dəmir çatışmazlığı olduğu göstərilir.

E-saglam.az xəbər verir ki, mütəxəssis bildirir ki, anemiya (qan azlığı) yalnız uşağın İQ səviyyəsinə təsir etmir, uşağın məktəb müvəffəqiyyətinin azalmasına da səbəb olur. Həmçinin immunitet sisteminə təsir edir, uşağın tez-tez xəstələnməsinə və gec sağalmasına səbəb olur.

Anemiya uşaqlarda ən çox rast gəlinən qan xəstəliklərindən biridir. 6 aydan 2 yaşa qədər uşaqlarda iştahsızlıq, kökəlmə, dəri solğunluğu, narahatlıq, anaya həddindən artıq bağlılıq, ağladıqdan və ya anormal şeylər yedikdən sonra nəfəs darlığı kimi problemlər dəmir çatışmazlığını göstərən səbəblərdəndir.

Acıbadem Universiteti Atakent Xəstəxanası Uşaq Hematologiyası Mütəxəssisi Prof. Dr. Əziz Polat bu əlamətlər müşahidə olunarsa erkən diaqnoz üçün həkimə müraciət edilməsi lazım olduğuna diqqət çəkib. Mütəxəssis deyib: "Gənc yaşda uzun müddət dəmir çatışmazlığı olan uşaqların IQ səviyyəsinin yaşıdlarından bir neçə bal aşağı olduğu göstərilib. Dəmir çatışmazlığından orqanizmin immun sistemi də təsirlənir. Ona görə də təkcə qan azlığı deyil, uşağın IQ səviyyəsinə təsir edərək, uşağın məktəbdəki uğurlarının azalmasına səbəb olmaqla yanaşı, həm də immunitet sisteminə təsir edərək uşağın daha tez-tez xəstələnməsinə səbəb olur". "Ən çox rast gəlinən səbəb dəmir çatışmazlığı olsa da, bir çox faktorlar anemiyaya səbəb ola bilər. Ona görə də, əsas faktorun vaxtında diaqnozu və müalicəsi uşağın sağlam böyüməsi və inkişafı üçün çox vacibdir”.

Əlavə qidalara erkən başlama riskdir

Uşaqlarda əlavə qidalara erkən başlamaq və 1 yaşından əvvəl inək südü ilə qidalandırmaq dəmir çatışmazlığını artırır. 1 yaşdan böyük uşaqlarda isə gündə yarım litrdən çox inək südü, çay, qəhvə və qazlı qidalar tövsiyə edilmir. Bundan əlavə, ət, yumurta və tərkibində C vitamini olan meyvə və tərəvəzlərdən az istifadə etmək də dəmir çatışmazlığını artıra bilər. Bu səbəbdən qan azlığına qarşı qırmızı ət, qaraciyər, dalaq, yumurta sarısı, noxud, lobya, mərci, ispanaq, kələm, brokoli, pomidor, üzüm və qara tut bəkməzi, xurma, püstə, anakardiya, kişmiş, quru gavalı və quru ərik kimi dəmir baxımından zəngin qidaların istehlak edilməsi böyük əhəmiyyət daşıyır.

Tərcümə Etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun