Xəstəliklər
Uşaqların bağça dövrü xəstəlikləri - Necə davranmalıyıq?
Xəstəliklər
934

Uşaqların bağça dövrü xəstəlikləri - Necə davranmalıyıq?

Karantin qaydaları ləğv edildikdən sonra insanlar arasında ünsiyyət artır, gediş-gəliş çoxalır və bu kimi səbəblər xəstəliklərin artımına da öz təsirini göstərir.

E-saglam.az bildirir ki, pediatr Sevda Novruzovanın sözlərinə görə, ünsiyyətin artıq açıq olması uşaqlara da təsirsiz ötüşmür. Belə ki artıq məktəb və bağçaların açılması ilə uşaqlar bir yerdə dərslərə hazırlaşır, oyunlar oynayır və birbaşa ünsiyyətdə olurlar. Qoruma qaydalarına tam riayət edə bilmədikləri üçün virusa yoluxurlar və bağçaya gedən uşaqlar məxsusən ilk illərində daha çox xəstələnirlər.

Bir uşaq orta hesabla il ərzində 5-6 dəfə xəstələnə bilir, bu normal qəbul edilir. Təbii ki, qan azlığı, vitamin çatışmazlığı, gizli allergiya kimi xüsusi hallar bura aid deyil. Həkim və valideynlər tandemi olaraq bu kimi halların qarşısını alıb müalicə etdikdən sonra uşaqların yenə virus və infeksiyalara məruz qalıb xəstələnməsi də normaldır. Xüsusən də, bağçaya gedən yaş aralığında olan uşaqlarda birbaşa ünsiyyəti olması səbəbindən bu hallar tez-tez rastlanır. Bu o demək deyil ki, uşağın immun sistemində hər hansı problem var.

Əgər müayinələr zaman müəyyən olunan xüsusi bir hal yoxdursa vimtamin kompleks sistemi qəbul etməklə, qrip peyvəndi və ya digər peyvəndlərini tamamlamaqla və s. xəstəliklərin sayını azaltmaq olar.

Bağçaya gedilən ilk il yarım gün qoyulması və orada yatmaması daha məsləhətdir. 

Uşaqda adi qızdırma, öskürmək və asqırmaq halları müşahidə olunan zaman bağçaya göndərilməməlidir. Çünki yüngül şikayətlərlə bağçaya gedən uşaq həm öz bədəninin müqavimət zəif olur və xəstəliyi dərinləşir, həm də digər uşaqlara yoluxdurur.

Təbii ki, burada genetik faktorlar da var. Bəzi uşaqlar daha dözümlü olurlar, bəziləri isə daha həssas olub tez xəstələnə bilirlər.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun