Uzunömürlülük sadəcə uzun yaşamaq deyil – sağlam, müstəqil və əqli cəhətdən aydın yaş almaq elmidir.
E-saglam.az xəbər verir ki, Harvarddan Okinavaya qədər aparılan araşdırmalar, qocalma prosesini anlamaq və onu yavaşlatmaq üçün yeni yollar göstərir. Artıq alimlər yaşlanmanı təbii bir proses kimi deyil, nəzarət oluna bilən bir bioloji proses kimi araşdırırlar.
Daha çox yaş, daha yaxşı həyat
1900-cü illərdə dünya üzrə orta ömür 47 il idi. Bu gün isə bəzi ölkələrdə bu rəqəm 83 yaşı keçib. Yaponiyada 100 yaşdan yuxarı insanların sayı hər il 4% artır. Bu artımda tibbin rolu böyükdür, lakin əsas məsələ sadəcə yaşamaq deyil – keyfiyyətli yaşamaqdır.
Qocalma nədir və onu ləngitmək mümkündürmü?
Elm adamları yaşlanmanı hüceyrə səviyyəsində enerji itkisi və zədələnmə kimi qəbul edirlər. Bu dəyişikliklərə telomerlərin qısalması, mitoxondriya funksiyasının pozulması, epigenetik dəyişikliklər və bədənin daxili ritminin pozulması (sirkadiyalı ritm) daxildir.
Bizi sürətlə qocaldan 5 əsas amil:
-
Düzənsiz yuxu – Melatonin ifrazı pozulur
-
Yüksək şəkər – Dəri və damar sistemi daha tez köhnəlir
-
Hərəkətsizlik – Əzələlər və enerji sistemi zəifləyir
-
Xroniki stress – Telomerlər köhnəlir, immunitet zəifləyir
-
Gec yemək – Maddələr mübadiləsini pozur
Gənc qalmaq üçün nəyi dəyişmək olar?
-
Hər gün eyni saatda yatmaq (23:00-dan əvvəl)
-
Həftədə ən azı 150 dəqiqə gəzinti və ya yüngül idman
-
Şəkərdən uzaq durmaq
-
D vitamini, omeqa-3 və B12 əlavələrindən istifadə
Sizin bioloji yaşınız neçədir?
Xronoloji yaş – pasportdakı yaşınız
Bioloji yaş – hüceyrələrinizin nə qədər "köhnə" olduğudur
Ev testləri:
-
Çömbəlib qalxma testi (1 dəqiqədə neçə dəfə bacarırsınız?)
-
Nəbz, yuxu, balans və əzələ gücü müşahidəsi
-
Klinik testlər: qan analizləri, epigenetik testlər, DNT metilasiyası
Qocalma hansı yollarla başlayır?
Yaşlanmanın 9 əsas bioloji səbəbi müəyyən edilib:
-
Genetik qeyri-sabitlik
-
Telomer qısalması
-
Epigenetik dəyişikliklər
-
Mitoxondriya disfunksiyası
-
Hüceyrə qocalması
-
Kök hüceyrə azalması
-
Zülal tullantılarının yığılması
-
Hüceyrələrarası siqnal pozğunluğu
-
Metabolik pozulmalar
Bəzi əsas mexanizmlərə qısa baxış:
-
Telomerin qısalması: Hüceyrələr hər bölünəndə telomerlər azalır, bu isə hüceyrənin ömrünü azaldır.
-
Mitokondriya yorğunluğu: Enerji istehsalında azalma olur, bu da əzələ itkisi və yorğunluğa səbəb olur.
-
Epigenetik saat: DNT-dəki dəyişikliklər yaşınızı artırır.
-
Zülal tullantılarının yığılması: Xüsusilə Alzheimer kimi xəstəliklər üçün risk yaradır.
-
Xroniki iltihab: Daxili orqanlar və damar sistemi zədələnir.
Tərcümə: Könül Oruc