Tibbi xəbərlər
Valideynləri peyvənd olunmayan uşaqlar məktəb və bağçalara buraxılmayacaq? - AÇIQLAMA
Tibbi xəbərlər
258

Valideynləri peyvənd olunmayan uşaqlar məktəb və bağçalara buraxılmayacaq? - AÇIQLAMA

Son günlərdə məktəbə gedən uşaqların valideynlərindən vaksin sənədinin tələb olunması ilə bağlı yayılan xəbərlərə Təhsil Nazirliyindən münasibət bildirilib.

Nazirlikdən verilən məlumata görə, hazırda belə bir göstəriş yoxdur:

“Bağçalar TN-nin tabeliyində deyil. Məktəblərlə bağlı isə bu haqda danışmaq tezdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə valideynləri koronavirus əleyhinə peyvənd olunmayan şagirdlərin məktəbə buraxılmayacağına dair məlumatlar yayılıb.

Məlumatda deyilir ki, əgər uşağın valideyninin vaksinasiyaya dair sənədi məktəbə və ya bağçaya təqdim olunmasa sentyabrdan təhsil müəssisəsinə buraxılmayacaq. Bu tələb isə bir çox valideynin narazılığına səbəb olub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun