Xəstəliklər
Vilson xəstəliyi nədir? - Azərbaycanda da rast gəlinən sindrom
Xəstəliklər
297

Vilson xəstəliyi nədir? - Azərbaycanda da rast gəlinən sindrom

Vilson xəstəliyi qaraciyərdə, mərkəzi sinir sistemində və digər orqanlarda mis (Cu) ionlarının yığılması ilə müşahidə olunan, autosomal-ressesiv mis metabolizması xəstəliyidir. Xəstəliyin sıxlığı 1/5000 -1/30000 olub, populasiyadakı daşıyıcı sıxlığı 1/90 nisbətindədir.

E-saglam.az xəbər verir ki, xəstəliyin klinik göstəriciləri bunlardır:

1. Hepatik

Qaraciyər fermentlərində yüksəlmə

Xronik hepatit

Sirroz

Fulminan hepatik zədə

2. Nevrolojik

Dizartriya-Anartriya

Disfagiya

Tremor

Distoniya

Kognitiv pozğunluq

Parkinsonizm

Xoreya

Yerimə pozğunluqları

Yuxu pozğunluqları

3. Oftalmolojik

Kayser-Fleischer halqası

4. Psixoloji

Depressiya

Anksiyete

Psixoz

5. Digər sistemlər

Böyrək yetməzliyi, aminoasiduriya və böyrək daşı

Kardiomiyopatiya, aritmiyalar

Anemiya, trombositopeniya

Müalicə

Vilson xəstəliyində müalicənin ana hədəfi bədəndə çoxlu miqdarda olan misin bədəndən kənarlaşdırılması və ya miqdarının azaldılmasına dayanır. Wilson xəstəliyinin proqnozunda erkən diaqnoz çox böyük rol oynayır. Nevroloji və psixiatrik əlamətlər olduğu halda müalicə ilə bu əlamətlərdə yaxşılaşma müşahidə olunur, lakin qaraciyər sirrozu ilə bazal qangliyonlardakı degenerasiya geriyə dönməz bir prosesdir.//medicina.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun