Xəstəliklər
Xalq artistinə xərçəng diaqnozu qoyuldu -
Xəstəliklər
832

Xalq artistinə xərçəng diaqnozu qoyuldu - FOTO

Rusiyada xalq artisti Vasili Livanova xərçəng diaqnozu qoyulub.

E-saglam.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, sovet serialı “Şerlok Holms və doktor Vatsonun sərgüzəştləri” filmlərində detektiv Şerlok Holms rolu ilə tanınan aktyorda hərtərəfli MRT müayinəsi zamanı bədxassəli yenitörəmə aşkar edilib.

Qeyd olunur ki, çanaq nahiyəsində bir şişin çıxarılması aktyorun yaşına görə təhlükəlidir, lakin hazırda inkişaf etmir və Livanovun həyatına təhlükə törətmir, onun ildə bir dəfə onkoloq tərəfindən müayinə olunması kifayətdir. (Publika.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun