Xəstəliklər
Xərçəng xəstəsi olan pensiyaçı özünü əməliyyat etdi: İNTİHAR məktubu yazdı
Xəstəliklər
263

Xərçəng xəstəsi olan pensiyaçı özünü əməliyyat etdi: İNTİHAR məktubu yazdı

Leninqrad vilayətinin Vıborq şəhərində xərçəng xəstəsi olan yaşlı qadın ümidsiz vəziyyətdə öz üzərində əməliyyat keçirib - orada yığılan mayeni buraxmaq üçün mədəsini bıçaqla kəsib.

E-saglam.az.Rusiya mediasına istinadla bildirir ki, qadın ölməzdən əvvəl məktub yazıb. Bu hadisə ilə bağlı Evdə xospis” (xəstəliyin son mərhələsində olan sağalmaz xəstələrə (əsasən xərçəng) palliativ yardımın göstərilməsi üçün tibbi-sosial müəssisə) xeyriyyə tibb müəssisəsinin rəhbəri Yekaterina Ovsyannikova Facebook səhifəsində yazıb.

Xərçəng səbəbiylə təqaüdçüdə bir ağırlaşma – astsit yaranıb. Bu qarın boşluğunda sərbəst mayenin yığılmasıdır. Ovsyannikova qeyd edib ki, belə vəziyyətdə gəzmək, uzanmaq və hətta nəfəs almaqda çətinlik yaranır.

Amma nənə vaxtında kömək ala bilməyib. Nəticədə, o, özü qarın ön divarı boyunca nazik bıçaqla kəsiklər edərək cərrahi müdaxilə - laparosentez edib.

“Ancaq o, bu əməliyyatdan əmin deyildi, o, həkim deyil və buna görə də intihar məktubu yazıb ki, heç kim onun özü olmadığını düşünməsin”, - Ovsyannikova deyib. 

Vida məktubunu yerli təcili yardım işçisi tapıb. Qızına və nəvələrinə ünvanlanıb.

Həkimlər pensiyaçını xilas edə biliblər. O, hazırda xəstəxanadadır./lent.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun