Diyetoloq Aleksander Burlakov pomidor və xiyar salatı haqqında ümumi mifi təkzi edib.
E-saglam.az xəbər verir ki, diyetoloq Burlakovun sözlərinə görə, salatda pomidor və xiyar bir-birinin faydasını zərərsizləşdirmir
Burlakovun sözlərinə görə, salatın tərkibindəki pomidor və xiyarın bir-birinin faydasını zərərsizləşdirdiyi fikri adi yanlış fikirdən başqa bir şey deyil.
"Askorbin turşusu (vitamin C) askorbinazın (xiyarda olan ferment) iştirakı ilə qismən məhv edilə bilər, lakin bu, əhəmiyyətsizdir və bütövlükdə pəhriz çərçivəsində heç bir klinik əhəmiyyətə malik deyil", - dedi həkim.
O vurğulayıb ki, pomidor və xiyar birlikdə antioksidantlar, lif, kalium və digər fitonutrientlərin mənbəyi olaraq qalır.
Tərcümə: Könül Oruc