Tibbi xəbərlər
Xızıda ilan sancan şəxs Bakıdakı xəstəxanalardan birinə göndərilib
Tibbi xəbərlər
89

Xızıda ilan sancan şəxs Bakıdakı xəstəxanalardan birinə göndərilib

Xızı rayonunda 33 yaşlı kişini ilan sancıb.

E-saglam.az "report"un Şimal bürosuna istinadən xəbər verir ki, bədbəxt hadisə Fındığan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Qüdrət Ələskər oğlu Əkbərovu ilan sancıb. Ona Xızı Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib və daha sonra vəziyyəti ağır olduğundan Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun