Xəstəliklər
Xroniki böyrək xəstəliyi uzun müddət özünü hiss etdirməyə bilər
Xəstəliklər
996

Xroniki böyrək xəstəliyi uzun müddət özünü hiss etdirməyə bilər - Həkimdən XƏBƏRDARLIQ

Uroloq Pavel Nizin “İzvestiya” ilə söhbətində bu xəstəliyin əlamətləri barədə xəbərdarlıq edib .

E-saglam.az-ın məlumatına görə, uroloq xəbərdarlıq edib ki, xroniki böyrək xəstəliyi uzun müddət özünü hiss etdirməyə bilər.

O, bildirib ki, bu xəstəliklə, böyrəklər tədricən öz funksiyalarını yerinə yetirməyi dayandırır. Belə ki, qanı daha pis süzür, metabolik məhsulları çıxarmır və elektrolitlərin və suyun səviyyəsini tənzimləmir.

Həkimin sözlərinə görə, ilk vaxtlar insanlar dəyişiklik hiss etmirlər, lakin vəziyyət pisləşdikcə, xüsusən də günün birinci yarısında üzdə şişkinlik yaranır, təzyiq də yüksəlir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun