Xəstəliklər
“Yalnız bir əlamət” - Xərçəngi üzdən belə tanıya
Xəstəliklər
512

“Yalnız bir əlamət” - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb.

E-saglam.az xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiyi üçün ən təhlükəli növlərdən biri hesab olunur. Onu “səssiz qatil” adlandırırlar. Xərçəng artıq irəlilədikdə əlamətlər aydın olur.

Ancaq onkoloq qeyd edir ki, mədəaltı vəzi ilə bağlı problemləri göstərə biləcək bir əlamət var. “Erkən mərhələlərində mədəaltı vəzi xərçəngi dərinizin və gözünüzün ağlarının sarı görünməsinə səbəb ola bilər. Bədəndə bilirubinin yığılması nəticəsində sarılıq yaranır”, - onkoloq deyir.

O, qarın ağrısı, iştahsızlıq və sürətli arıqlama kimi digər əlamətləri sadalayıb. Həmçinin, bel ağrıları, həzm problemləri və yeni başlayan şəkər xəstəliyinə diqqət yetirilməlidir./Lent.az.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun