Dostu olmayan, uzun müddətdir ki, yalnız olan insanlarda serebral iflic riskinin daha yüksək olduğu aşkarlanıb.
E-saglam.az xəbər verir ki, “eClinical Medicine” dərgisində bu barədə məqalə yayımlanıb.
Tədqiqatçılar bu faktı aşkar etmək üçün ilkin mərhələdə 50 yaşından yuxarı 12 000-dən çox insanın yalnızlıq səviyyəsini test ediblər. Ümumikdə 14 il davam edən təcrübənin nəticəsinə görə, yalnızlıq testindən yüksək xal alan şəxslərin yalnız olmayanlarla müqayisədə serebral iflic keçirmə riski 25% daha yüksəkdir. (sfera.az)