Xəstəliklər
Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır
Xəstəliklər
567

Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır

Yaponiyada sürətlə nadir bakterial infeksiya yayılır.

E-saglam.az xəbər verir ki, həkimlər infeksiyaların rekord sürətlə yayılmasından narahat olduqlarını bildirirlər.

Söhbət 30%-ə qədər ölüm göstəricisi olan streptokok toksik şok sindromundan (STSS) gedir.

Ötən il 941 xəstədə yoluxma aşkar edilsə də, 2024-cü ilin ilk iki ayında artıq 378 yoluxma halı müəyyən edilib. Mütəxəssislər 50 yaşdan aşağı vətəndaşların risk altında olduğu barədə xəbərdarlıq edirlər.

Qeyd olunur ki, 2023-cü ilin iyul-dekabr ayları arasında STSS diaqnozu qoyulmuş 50 yaşdan aşağı 65 nəfərdən 21-i dünyasını dəyişib.

Mənbə: The Japan Times / Oxu.Az

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun