Tibbi xəbərlər
Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib
Tibbi xəbərlər
288

Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib

“Yaqub Zurufçunun vəziyyəti dəyişməyib, stabil olaraq qalır, tibbi göstəriciləri sabitdir”.

E-saglam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu deyib. O bildirib ki, Y.Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib:

“Onlar bir neçə saatdan bir müayinə edir, konsilium keçirirlər. Yoldaşımın səhhəti barədə bizi də məlumatlandırırlar”.

Qeyd edək ki, koronavirusa yoluxan Y. Zurufçu “Yeni klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun