Xəstəliklər
Yarasaları pandemiyadan əvvəl koronavirusa yoluxdurmağı planlaşdırıblar
Xəstəliklər
185

Yarasaları pandemiyadan əvvəl koronavirusa yoluxdurmağı planlaşdırıblar

Çinin Uhan şəhərindən olan virusoloqlar insanlarda yaratdıqları potensial təhlükəli xəstəliklərə qarşı yarasaların peyvənd edilməsi üçün onları koronavirusla yoluxdurmağı planlaşdırıblar.

Qrant üçün yayımlanan müraciətlərdən bəlli olub ki, bu təklif hələ 2018-ci ildə nəzərdən keçirilib.

Sənədlərə görə, alimlər COVID-19-un ilk dəfə insanda aşkarlanmasından cəmi 18 ay əvvəl yarasalarda koronavirusun “yeni ximer sünbül zülallarını” sınamağı planlaşdırıblar.

Virusoloqlar insanlara daha asan yoluxa biləcək ximer virusları yaratmağa görə təcrübələr aparmaq üçün ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Araşdırma Layihələri Agentliyindən (DARPA) 14 milyon dollar istəyiblər. DARPA Uhan alimlərinin işinə sponsorluqdan imtina edib./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun