Qidalanma
Yatarkən belə yağları əzələyə çevirən qida:
Qidalanma
3111

Yatarkən belə yağları əzələyə çevirən qida: Yatmazdan əvvəl 1 qaşıq yeyin

Kəsmik yüksək protein və B vitamini tərkibi ilə ən faydalı qidalar arasında yer alır. Az yağlı və zülalla zəngin olması səbəbindən pəhriz proqramlarının vazkeçilməz hissəsidir. O, həm sağlam qidalanma, həm də əzələ inkişafı üçün ideal bir seçimdir.

E-saglam.az bildirir ki, kəsmik, xüsusilə B12 vitamini ilə zəngindir. Bir stəkan kəsmik gündəlik B12 ehtiyacınızın 38%-ni təmin edə bilər. Bu vitamin enerjini artırır, sinir sistemini dəstəkləyir və əzələ inkişafını gücləndirir. Bundan əlavə, yüksək protein tərkibi ilə əzələ böyüməsinə töhfə verir və toxluq hissini artıraraq çəkiyə nəzarət etməyə kömək edir.

Kəsmik kalsium və fosfor baxımından da zəngindir. Bu minerallar sümük və diş sağlamlığını qorumaq üçün vacibdir. Kəsmik, xüsusilə uşaqlar, yaşlılar və idmançılar üçün sağlam bir seçim hesab olunur, çünki o, gündəlik kalsium ehtiyacını qarşılaya bilər.

Probiyotik xüsusiyyətləri ilə kəsmik həzm sistemini dəstəkləyir. Bağırsaqlardakı faydalı bakteriyaların balansını qoruyaraq həzm problemlərinin qarşısını alır və immuniteti gücləndirir. Eyni zamanda, mədə-bağırsaq sistemi üçün yüngül və asan həzm olunan bir qidadır.

Ümumilikdə, kəsmik həm sağlamlıq üçün faydalıdır, həm də müxtəlif yeməklərdə istifadə edilərək süfrələrə ləzzət qatır. Bu qida, balanslı bir pəhrizdə vacib yer tutur və uzunmüddətli sağlamlığa töhfə verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun