Qidalanma
Yatmazdan öncə qatıq yesəniz,
Qidalanma
470

Yatmazdan öncə qatıq yesəniz, təsirinə inanmayacaqsınız

Süfrənin vazkeçilməzləri arasında yer alan qatıq, tərkibi ilə tam bir vitamin qaynağıdır.

E-saglam.az xəbər verir ki, hər gün müntəzəm olaraq qatıq istehlak etməyin orqanizmə təsiri inanılmazdır. Yatmazdan əvvəl qatıq yeməyin faydaları eşidənləri təəccübləndirib. 

Probiyotiklərlə zəngin olan qatıq həzm sisteminə faydalıdır. İmmunitet sistemi hüceyrələrinin çoxu bağırsaqlarda yerləşdiyi üçün güclü bağırsaq, güclü immun sistemi deməkdir.

Evdə qatıq hazırlamaq bir az çətin görünsə də, evdə hazırlanmış qatığın faydalarını bildikdə fikrinizi dəyişə bilərsiniz.

Qatığın faydaları nələrdir? 

Bağırsaq sağlamlığını qoruyur.

Piy əriməsini kömək edir.

Qan təzyiqini tənzimləyir.

İmmunitet sistemini gücləndirir.

Diş və sümük sağlamlığını dəstəkləyir.

Xolesterolu tənzimləyir.

Dəri xəstəliklərindən qoruyur.

Əzələ inkişafını dəstəkləyir.

Həzm sistemini ürək-damar xəstəliklərindən qoruyur.

Tərkibində kalium, fosfor, riboflavin, yod, sink, A, E və B vitaminləri var.

Menopoz zamanı qatıq istehlakı çox vacibdir.

Qatığı nə vaxt yemək lazımdır?

Bəzi yeməklərin yanında qatıq yeməyin türk mətbəxinin vazkeçilməz xüsusiyyəti olduğunu bilirik. Ancaq xatırladaq ki, qatıq bəzi yeməklərin qida dəyərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən yatmazdan əvvəl qatıq yemək məsləhətdir. Yatmadan əvvəl qatıq yeməyin ən əhəmiyyətli faydası budur.

Hər gün nə qədər qatıq yemək olar? 

Təbii ki, gündəlik istehlak edilməli olan qatıq miqdarı var. Bu tariflər də istehlak edilən digər süd məhsullarından asılı olaraq dəyişir. Gün ərzində süd və ya pendir istehlak etməmisinizsə, qatıq miqdarını artıra bilərsiniz. Gündə 3-4 kasa qatıq istehlak etmək sizin üçün faydalı olacaq. Və ya gündə 1 stəkan süd istehlak edən birisinizsə, nahar və ya şam yeməyində 1 kasa qatıq yeyə bilərsiniz.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun