Xəstəliklər
Yay mövsümü başlayandan Bakıda 29 nəfəri gün vurub
Xəstəliklər
70

Yay mövsümü başlayandan Bakıda 29 nəfəri gün vurub

Yay mövsümü başlayandan bu günə qədər günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 29 nəfər müraciət edib.

E-saglam.az bildirir ki, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 10-u hospitalizasiya edilib, 19-na yerində yardım göstərilib.

Müraciət edənlərdən 8 nəfəri uşaq olub, onlardan 3-nə yerində yardım edilib. 21 böyükdən isə 7 nəfərinə yerində yardım edilib.

Qeyd olunub ki, ötən həftə ərzində günvurma ilə əlaqədar 1 nəfər müraciət edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun