Sağlamlıq
Yaz halsızlığı ilə mübarizə aparmağın
Sağlamlıq
94

Yaz halsızlığı ilə mübarizə aparmağın 3 qızıl qaydası

Yaz aylarında bir çox insan gözlənilən enerji artımı əvəzinə zəiflik, laqeydlik və tez yorulma hiss edir.

E-saglam.az xəbər verir ki, praktikant həkim Olqa Krasnova bildirib ki, bu vəziyyətdən çıxmaq üçün bədənin tədricən “oyadılması” vacibdir və bunun üçün üç əsas istiqamətə diqqət yetirilməlidir.

Mütəxəssis qeyd edir ki, ilk addım qidalanmanın yenilənməsidir. Yazda pəhriz daha yüngül və balanslı olmalıdır. Gündəlik rasiona 400-500 qram təzə meyvə və tərəvəz, qoz-fındıq, bal, dəniz məhsulları və yağlı balıq daxil etmək tövsiyə olunur. Eyni zamanda, heyvan mənşəli yağlar, ağır və şirin qidalar məhdudlaşdırılmalı, yağsız ət və süd məhsullarına üstünlük verilməlidir.

Fiziki aktivliyə də tədricən başlamaq vacibdir. Həkim bildirir ki, birdən-birə intensiv idman etmək əvəzinə, sadə gəzintilərlə başlamaq daha faydalıdır. Gündəlik 1-2 min addımdan başlayaraq, zamanla məsafəni və tempi artırmaq orqanizm üçün daha uyğun yanaşmadır.

Yuxu rejimi də bu dövrdə xüsusi əhəmiyyət daşıyır. Gün işığının artması yuxu ritmini poza bilər, buna görə də gündə ən azı 7-8 saat yatmaq və eyni saatda yuxuya getmək tövsiyə olunur. Qaranlıq mühit yaratmaq və yatmazdan əvvəl elektron cihazlardan uzaq durmaq yuxunun keyfiyyətini artırır.

Həkim vurğulayır ki, qidalanma, yuxu və fiziki aktivlik normallaşdıqdan sonra halsızlıq davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır. 40 yaşa qədər şəxslər hər üç ildən bir, 40 yaşdan sonra isə ildə ən azı bir dəfə profilaktik müayinədən keçməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun