Tibbi xəbərlər
Təhlükəli ağcaqanad sancmasının əlamətləri
Tibbi xəbərlər
176

Təhlükəli ağcaqanad sancmasının əlamətləri müəyyən edilib

Ağcaqanad sancmasından sonra yüngül qaşınma və qızartı adətən zərərsizdir. Lakin bəzi hallarda müalicəni təxirə salmaq baha başa gələ bilər.

E-saglam.az xəbər verir ki, Yelena Aleksentseva hansı simptomların təcili tibbi yardım tələb etdiyiniizah etdi. 

Aşağıdakı simptomlar görünsə, təcili yardım çağırılmalıdır:

- nəfəs almaqda çətinlik, xırıltılı tənəffüs, sinədə sıxılma hissi;

- başgicəllənmə, artan zəiflik;

- ürəkbulanma, qusma, ishal.

Bu əlamətlər anafilaksi adlanan ağır allergik reaksiyanı göstərir.

Həkimə müraciət etmək üçün digər səbəblərə dişləmə ətrafında geniş şişkinlik və qızartı, bədənin digər hissələrində səpgi, dodaqların və ya göz qapaqlarının şişməsi, ağız quruluğu və boğaz ağrısı daxildir.

Əgər bir neçə saat və ya gündən sonra temperatur 38°C-dən yuxarı qalxarsa, baş ağrısı, sancılar və şişkin limfa düyünləri inkişaf edərsə, malyariya, denge qızdırması və ya digər yoluxucu infeksiyalar istisna edilə bilməz. Bu yaxınlarda tropik ölkələrə səyahətdən qayıdanlar xüsusilə diqqətli olmalıdırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun