Nevroloq və professor Məcid Fotuhi bildirib ki, geniş yayılmış fikrin əksinə olaraq beyin bərpa oluna və yeni neyron əlaqələri yarada bilir.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu xüsusiyyət sayəsində beynin funksiyalarını gücləndirmək və qocalma prosesini yavaşlatmaq mümkündür.
Mütəxəssis qeyd edib ki, demensiya hallarının əhəmiyyətli hissəsinin qarşısını almaq olar. Bunun üçün əsas şərt sağlam həyat tərzidir. Fiziki aktivlik, zehni fəaliyyət, düzgün qidalanma və keyfiyyətli yuxu beyin sağlamlığında mühüm rol oynayır.
Fotuhi vurğulayıb ki, stressin azaldılması da vacib amillərdən biridir. Davamlı stress beynin fəaliyyətinə mənfi təsir göstərir və uzunmüddətli problemlərə səbəb ola bilər.
Onun sözlərinə görə, hətta bir neçə ay ərzində bu vərdişlərə əməl etmək diqqət, yaddaş və düşüncə qabiliyyətində nəzərəçarpan yaxşılaşma yarada bilər. Müntəzəm zehni məşqlər və fiziki fəaliyyət beyni daha dayanıqlı və səmərəli edir.
Tərcümə: Könül Oruc