Quru dəri, kövrək saçlar və artan yorğunluq omeqa-3 çatışmazlığını göstərə bilər.
E-saglam.az xəbər verir ki, bunu qastroenteroloq Yelena Pexotina deyib.
Mütəxəssisin sözlərinə görə, çoxdoymamış yağ turşularının çatışmazlığı qeyri-spesifik simptomlarla özünü göstərir. Quru dəri və yorğunluqla yanaşı, diqqətin azalması və kövrək saçlar da müşahidə edilə bilər.
Lakin, çatışmazlığın nəticələri daha ciddi ola bilər. Həkim qeyd edib ki, uzunmüddətli perspektivdə omeqa-3 çatışmazlığı ürək-damar xəstəlikləri, koqnitiv pozğunluqlar və xroniki iltihab riskinin artması ilə əlaqələndirilir. Bundan əlavə, çoxdoymamış yağ turşularının aşağı səviyyəsi depressiya inkişaf riskinin artması ilə əlaqələndirilir.
Tərcümə: Könül Oruc