Tibbi xəbərlər
Səbəbsiz ürək döyüntüsünün tezləşməsi
Tibbi xəbərlər
121

Səbəbsiz ürək döyüntüsünün tezləşməsi ciddi xəstəlik əlaməti ola bilər

Kardioloq Fatimə Əliyeva bildirib ki, istirahət zamanı səbəbsiz ürək döyüntüsünün tezləşməsi bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu hal müntəzəm təkrarlanırsa və ya əlavə simptomlarla müşayiət olunursa, diqqətdən kənarda qalmamalıdır.

Həkim qeyd edib ki, ürək döyüntüsünün sürətlənməsi zəiflik, başgicəllənmə, nəfəs darlığı, sinə ağrısı və ya ritm pozğunluğu hissi ilə birlikdə baş verirsə, bu, daha ciddi problemlərə işarə edə bilər və mütləq mütəxəssis müayinəsi tələb edir.

Əliyevanın sözlərinə görə, belə simptomlar aritmiya, koronar ürək xəstəliyi və ürək çatışmazlığının erkən mərhələləri ilə əlaqəli ola bilər. Eyni zamanda, qalxanvari vəzinin həddindən artıq aktivliyi də ürək döyüntüsünü sürətləndirə bilər, çünki bu zaman maddələr mübadiləsi sürətlənir.

Mütəxəssis əlavə edib ki, anemiya da ürəyin daha çox işləməsinə səbəb ola bilər, çünki orqanizmdə oksigen çatışmazlığı yaranır. Hamiləlik, menopoz dövründə hormonal dəyişikliklər və vegetativ sinir sistemi pozğunluqları da ürək döyüntüsünə təsir edən digər amillər sırasındadır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun