Tibbi xəbərlər
Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan AÇIQLAMA
Tibbi xəbərlər
28

Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan AÇIQLAMA

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir.

Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.

E-saglam.az-ın məlumatına görə, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:

“Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun