Tibbi xəbərlər
Yoluxanların sayı artır - Bu günün STATİSTİKASI
Tibbi xəbərlər
99

Yoluxanların sayı artır - Bu günün STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 338 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 nəfər vəfat edib, aktiv xəstə sayı 2 152 nəfərdir.

Ölkədə son sutka ərzində 9 319, hazırkı dövrədək isə 3 914 819 test aparılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun