Tibbi xəbərlər
Yoluxanların və ölənlərin sayı azaldı - STATİSTİKA
Tibbi xəbərlər
85

Yoluxanların və ölənlərin sayı azaldı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1 854 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun